SON XƏBƏRLƏR

Urmuda aşıq Dehqanın anım mərasimi keçirilib

2025.12.01, 12:23
Urmuda aşıq Dehqanın anım mərasimi keçirilib

Bu gün yerli vaxtla saat 10-dan 12-ə kimi Qərbi Azərbaycan əyalətinin Urmu (Urmiya) şəhərində Aşıq Məhəmməd Hüseyn Dehqanın anım mərasimi keçirilib.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Urmunun "Vəhədət" mədəniyyət kompleksində keçirilən mərasimdə Azərbaycanın müxtəlif şəhərlərindən çox sayda mədəniyyət xadimi və aşıq iştirak edib.

Qeyd edək ki, 1934-cü ildə anadan olan aşıq Dehqan, bu ilin 22 noyabrında dünyasını dəyişib.

Aşıq Dehqan  çoxsaylı yerli və xarici festivallarda iştirak edən və əksəriyyətində fəxri adlar qazanan azsaylı sənətkarlardan biri olub. Bir dəfə İran prezidenti, 25 dəfə isə müxtəlif dövrlərdəki irşad və mədəniyyət nazirlərindən təqdirnamələr alan Aşıq Dehqan, dünya aşıqları arasında keçirilən beynəlxalq festivallarda 3 dəfə birinci yeri tutub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar