SON XƏBƏRLƏR

Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb

2025.12.02, 11:57
Polşaya "Abrams" tanklarının növbəti partiyası çatdırılıb

Polşa Amerika istehsalı olan "M1A2 Abrams" tanklarının daha bir partiyasını qəbul edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Pavel Beyda məlumat yayıb.

“Ən müasir Abrams tanklarının dördüncü partiyası. Hazırda Polşanın bir limanında 32 ədəd M1A2 tankının boşaldılması prosesi gedir”, – o, “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, Polşa 2022-ci ildə Amerika ilə 2025–2026-cı illərdə 250 ədəd modernləşdirilmiş "M1A2 Abrams" tankının tədarükü barədə müqavilə imzalayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar