SON XƏBƏRLƏR

Araz Aman Evin həbsxanasında saxlanılmağa davam edir

2025.12.02, 12:18
Araz Aman Evin həbsxanasında saxlanılmağa davam edir

Tehran Baş və İnqilab Prokurorluğunun 1-ci şöbəsinin Hökmlərin İcrası İdarəsi Evin həbsxanasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalı Araz Amanın cəzasının qalan hissəsini çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülməsi tələbini bir neçə dəfə rədd edib.

Gunaz.tv

30 Noyabr 2025-ci il tarixində verilən bildirişə görə, hökmlərin icrası bu siyasi məhbusun yaşadığı şəhərin həbsxanasına köçürülməsinə razılıq verməyib və cəzasının qalan hissəsinin Evin Həbsxanasında çəkilməli olduğunu vurğulayıb.

Vəkillərin fikrincə, bu qərar Cinayət Prosessual Məcəlləsinin "məhkum edilmiş şəxsin yaşayış yerinə ən yaxın həbsxanada saxlanılması" prinsipini vurğulayan 513-cü maddəsinə ziddir.

Xatırladaq ki, Araz Aman 7 fevral 2024-cü ildə Təbrizdə kəşfiyyat qüvvələri tərəfindən həbs edilib və məhkəmə qərarı olmadan Tehrana köçürülüb. O sonradan Hakim Salavati sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən "casusluq" ittihamı ilə 8 il, "milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əməkdaşlıq" ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar