SON XƏBƏRLƏR

Gələn il İran-İsrail müharibəsi başlaya bilər

2025.12.02, 12:56
Gələn il İran-İsrail müharibəsi başlaya bilər

Avropada və beynəlxalq ictimaiyyətdə Tehranın qlobal xəbərdarlıqlara məhəl qoymaması və gələn il yeni bir münaqişə mərhələsinin baş vermə ehtimalının yüksək olması ilə bağlı narahatlıqlar artır.

Gunaz.tv

12 Günlük Müharibədən təxminən altı ay sonra İsrail nəşri "Ynet", adı açıqlanmayan yüksək vəzifəli bir Avropa diplomatına istinadən, İsrailin növbəti 12 ay ərzində İrana yenidən hücum edəcəyini proqnozlaşdırdığını bildirib.

Bu proqnoz, ABŞ və İsrailin 12 günlük müharibə zamanı hücumların İranın nüvə proqramını təxminən bir il yarım gecikdirdiyinə dair əvvəlki təxminləri ilə uyğun gəlir. Əgər İran və ABŞ nüvə razılaşması əldə edə bilməsələr, İran 60 faiz zənginləşdirilmiş uran ehtiyatı barədə dəqiq məlumat verməsə və mövcud vəziyyət davam edərsə, potensial təhlükəni aradan qaldırmaq üçün İsrailin başqa bir hücumu istisna deyil. Həmçinin nəzərə almaq lazimdir ki, ABŞnin dəfələrlə nüvə proqramını dirçəltməyə çalışacağı təqdirdə Tehrana  yenidən hücum edəcəyini açıq şəkildə bildirib.

Ancaq "Ynet"in yazdığına görə, Qəzzada davam edən yenidənqurma səyləri və Livanda və Qərb Şəriyəsində regional gərginliklər nəzərə alınmaqla, ABŞ-ın yaxın həftələrdə hücuma icazə vermə ehtimalı azdır.

Adı açıqlanmayan avropalı diplomat bildirib ki, “ABŞ Qəzzada yenidənqurma səylərini təhlükəyə atmaq istəmədiyi üçün qarşıdakı həftələrdə böyük bir hücuma icazə verməyəcək”.

“Şəxsən mən inanıram ki, İsrail növbəti 12 ay ərzində İrana hücum edəcək”. Aydındır ki, rejim, xüsusən də Əli Xamənei son münaqişədən düzgün dərs çıxarmayıb; əksinə, onlar səylərini ikiqat artırıblar”,- diplomat əlavə edib.

İrandakı vəziyyətlə bağlı pessimistliyini ifadə edən diplomat deyib: “İrandakı əsl problem daxili böhranlar, xüsusən də şiddətli su çatışmazlığıdır; bu, onların daha çox diqqət yetirməli məsələdir”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar