SON XƏBƏRLƏR

ABŞ İranda insan haqlarının pozulması ilə bağlı BMT qətnaməsini alqışladı

2025.12.02, 16:19
ABŞ İranda insan haqlarının pozulması ilə bağlı BMT qətnaməsini alqışladı

Bu gün ABŞ Dövlət Departamenti BMT-nin Üçüncü Komitəsinin "İran İslam Respublikasında insan haqlarının vəziyyəti" adlı qətnaməsinin qəbul edilməsini alqışlayan bəyanat yayıb.

Gunaz.tv

Bununla bağlı Dövlət Departamentinin  X sosial şəbəkəsində paylaşım edilib.

"ABŞ, 78 digər ölkə ilə birlikdə İran diktaturasının vətəndaşlarına qarşı misilsiz repressiyalarını və geniş yayılmış edam cəzalarına diqqət yetirmək və pisləmək üçün bu qətnaməyə səs verib",- bəyanatda vurğulanıb.

ABŞ Dövlət Departamenti bu dəstəyi "ABŞ-ın İran xalqının yanında olmaq üçün uzunmüddətli öhdəliyinin" əksi kimi xarakterizə edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar