SON XƏBƏRLƏR

Yılmaz Mehrəlibəyli Prokurorluğa çağırılıb

2025.12.03, 10:36
Yılmaz Mehrəlibəyli Prokurorluğa çağırılıb

Milli fəal Yılmaz Mehrəlibəyli Şərqi Azərbaycanın Culfa şəhərinin İnqilab Prokurorluğuna çağırılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, dekabrın 2-də fəala göndərilən çağırış bldirişində onun "hökumətə qarşı təbliğat"da ittiham olunduğu bildirilib.

Yılmaz Mehrəlibəyli bundan əvvəl iyulun 21-də həbs edilərək Təbrizin təhlükəsizlik təcridxanasının istintaq bölməsinə, bir neçə gün sonra isə Culfa həbsxanasına köçürüb və avqustun 3-də 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı hüquqşünas bundan əvvəl də dinc fəaliyyətlərinə görə təqib və təzyiqlərlə üzləşib, təhlükəsizlik idarəsinin göstərişi ilə üzv olduğu Şərqi Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar