SON XƏBƏRLƏR

İranda dörd məhbusun barmaqları kəsiləcək

2025.12.03, 11:33
İranda dörd məhbusun barmaqları kəsiləcək

Tehran əyaləti Cinayət Məhkəməsinin 8-ci şöbəsi oğurluqda günahlandırılan 4 məhbusun barmaqlarının kəsilməsi barədə qərar çıxarıb.

Gunaz.tv

Bu haqda İranın "Cam cəm" saytı məlumat yayıb.

Məhkəmənin qərarına görə, məhbusların sağ əllərinin 4 barmağı kəsiləcək.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb və məhkumların bədən əzalarının kəsilməsini tənqid edib.

Təşkilat beynəlxalq ictimaiyyəti İran məhkəmə sistemi tərəfindən çıxarılan hökmləri dayandırmaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar