SON XƏBƏRLƏR

İranda hava çirklliyinə görə ölənlərin sayı elan edildi

2025.12.03, 14:39
İranda hava çirklliyinə görə ölənlərin sayı elan edildi

2024-cü ilin mart ayından 2025-ci ilin mart ayına kimi ölkədə 60 min nəfər hava çirklliyi səbəbindən həyatını itirib.

Gunaz.tv

Bunu İran Tibb Elmləri Universitetinin rektoru Nadir Təvəkküli deyib.

Dnyada hər 10 ölümdən birinin hava çirkliliyinə görə baş verdiyini deyən rektor, bunun İranda daha çox olduğunu bildirib.

Bir neçə gün əvvəl isə İran Səhiyyə Nazirliyi də son hesabatında qeyd olunan müddət ərzində ölkədə hava çirkliliyinə görə 59 min nəfərin öldüyünü bildirib.

Bununla eyni vaxtda Tehran Universitetinin Hava Çirklənməsi Tədqiqat Mərkəzinin rəhbəri Sadiq Həsənvənd hava çirkliliyi səbəbindən İranın hər l 20 milyard dollar zərər etdiyini deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar