SON XƏBƏRLƏR

İraqda İrana bağlı proksi qüvvələr ləğv edilməlidir- Riqas

2025.12.05, 11:49
İraqda İrana bağlı proksi qüvvələr ləğv edilməlidir- Riqas

İraqda İslam Respublikası tərəfindən dəstəklənən proksilərin dağıdılması vacibdır.

Gunaz.tv

Bunu ABŞ Dövlət Katibinin müavini Maykl Riqas İraq xarici işlər naziri Fuad Hüseynlə görüşündə deyib.

“İslam Respublikası tərəfindən dəstəklənən milislər İraqın suverenliyini sarsıdır, amerikalıları və iraqlıları təhdid edir və İran hökumətinin xeyrinə İraq resurslarını talayır”,- o əlavə edib.

Qeyd edək ki, İraqda İrana bağlı "Həşəf əl-Şəbi" silahlı qruplaşması eyni halda Tehranın Bağdad hökumətinə qarşı əsas təzyiq vasitələrindən biri hesab olunur.

İran hökuməti şiə radikallardan ibarət qrupmanın fəaliyyəti üçün hər il İran büdcəsindən böyük məbləğdə vəsait ayırır, onlara bağlı tələbələrin İranda pulsuz və imtiyazlı təhsilini təşkil edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar