SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti: İran terrorizmin ən böyük sponsoru olaraq qalır

2025.12.06, 10:00
ABŞ Dövlət Departamenti: İran terrorizmin ən böyük sponsoru olaraq qalır

ABŞ Dövlət Departamenti Avstraliyanın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarını alqışlayıb və İranın dünyanın ən böyük terrorizm sponsoru olaraq qaldığını vurğulaıb.

Gunaz.tv

Bu haqda Dövlət Departamentinin farsca X hesabında paylaşım edilib.

Bildirilib ki, İran, SEPAH-ın Qüds Qüvvələri və "Hizbullah", HƏMAS və transmilli cinayətkar təşkilatlar da daxil olmaqla proksi qrupları vasitəsilə qlobal miqyasda bir çox hücumları və terror fəaliyyətlərini maliyyələşdirib və idarə edib.

"Avstraliyanın SEPAH-ı terror təşkilatı kimi tanımaq hərəkəti İslam Respublikasının və onun əlaltılarının terror hücumları planlaşdırmaq və dünyanın hər yerindəki yəhudi icmalarına hücumlar da daxil olmaqla, dağıdıcı və sabitliyi pozan fəaliyyətləri üçün vəsait toplamaq qabiliyyətini pozmağa kömək edəcək",- Departamentin paylaşımında qeyd olunub.

ABŞ Dövlət Departamenti, Donald Tramp administrasiyasının Avstraliya kimi ABŞ tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində İrana qarşı maksimum təzyiqinin davam etdiyini vurğulayaraq, bütün ölkələri "İran rejimini məsuliyyətə cəlb etməyə və onun agentlərinin, işəgötürənlərinin, maliyyəçilərinin və proksilərinin öz ərazilərindəki fəaliyyətlərinin qarşısını almağa" çağırıb.

Qeyd edək ki, Avstraliya hökuməti 27 noyabr 2025-ci il Cinayət Qanununa Düzəliş (Terrorizmin Dövlət Sponsorları) Qanununa əsasən SEPAH-ı terrorçu qrup kimi tanıdığını elan edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar