SON XƏBƏRLƏR

Qətərin Baş naziri Qəzza ilə bağlı danışıqların hazırkı mərhələsini "kritik" adlandırıb

2025.12.06, 14:19
Qətərin Baş naziri Qəzza ilə bağlı danışıqların hazırkı mərhələsini "kritik" adlandırıb

Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Tani bildirib ki, Qəzza zolağında münaqişənin tənzimlənməsi üzrə danışıqların tərəfləri "kritik məqam"dan keçir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri Dohada keçirilən beynəlxalq forumda bildirib.

"Biz kritik məqam yaşayırıq. Qoşunların tam çıxarılması (İsrail - red.), Qəzzada sabitlik bərpa edilmədikcə və insanlar (sektordan) sərbəst giriş-çıxış edə bilmədikcə atəşkəsə nail olmaq mümkün deyil", - Əl Tani bildirib.

Qətərin Baş naziri, həmçinin vurğulayıb ki, buna baxmayaraq tərəflər işi sona çatdırmağa hazır olduqlarını nümayiş etdiriblər.
 

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar