SON XƏBƏRLƏR

XİN: Rusiya ilə Amerika arasında anlaşılmazlıqlar aradan qaldırılıb

2025.12.11, 13:24
XİN: Rusiya ilə Amerika arasında anlaşılmazlıqlar aradan qaldırılıb

Rusiya prezidenti Vladimir Putinin Amerika prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlarından sonra Rusiya və ABŞ Alyaska sammitinin nəticələrinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbərv erir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Putinin Uitkoffla görüşündə Rusiya ilə Amerika arasında anlaşılmazlıqlar aradan qaldırılıb.

Lavrov vurğulayıb ki, Putin və Uitkoff son görüşlərində Alyaska sammitindən sonra yaranan fasilə səbəbindən Rusiya ilə Amerika arasındakı bütün anlaşılmazlıqları həll ediblər.

"Rusiya və Amerika Alyaskada Ukraynanın bitərəf, neytral və nüvə silahı olmayan statusa qayıtması barədə razılığa gəliblər. Rusiya Amerikaya yalnız Ukrayna ilə məhdudlaşmayan kollektiv təhlükəsizlik zəmanətləri üçün əlavə təkliflər təqdim edib", - Rusiya XİN başçısı vurğulayıb.

Ukraynanın ölkə konstitutsiyasına əsasən, NATO-ya qoşulmaqdan imtina edə bilməyəcəyi iddialarına Lavrov belə cavab verib: "Biz başqa Ukraynanı tanımışıq".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar