SON XƏBƏRLƏR

Vilayəti yenə "qırmızı xət"dən danışdı

2025.12.16, 13:46
Vilayəti yenə "qırmızı xət"dən danışdı

İran ABŞ prezidenti Donald Trampın təklif etdiyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır, bunu təhlükəsizliyə təhdid kimi görür. 

Gunaz.tv

Bunu İranın lideri Əli Xaməneinin müşaviri Əli Əkbər Vilayəti dekabrın 15-də Tehranda Ermənistanın səfiri Qriqor Akopyan ilə görüşdə deyib.

"Trampın Qafqazla bağlı planı "Zəngəzur dəhlizi"ndən fərqlənmir və İslam Respublikası tamamilə buna qarşıdır", – Xaməneinin xarici siyasət məsələləri üzrə müşaviri əlavə edib.

Onun iddiasına görə, bu dəhliz İranın şimalından NATO-nun mövcudluğuna şərayıt yaradır, "İranın şimalı və Rusiyanın cənubuna ciddi təhdid törədir".

Qeyd edək ki, "Tramp yolu" adlanan bu marşrutun Ermənistanın cənubundan keçməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavını birləşdirməsi nəzərdə tutulur.

Azərbaycanın da "Zəngəzur dəhlizi" dediyi bu marşrutla bağlı razılaşma avqustun 8-də Vaşinqtonda əldə olunub. Bakı və Yerevan həmin sammitdə sülh sazişini də paraflayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar