SON XƏBƏRLƏR

İran məhkəməsi İsveç vətəndaşını "İsrailə casusluq"da ittiham edib

2025.12.18, 10:26
İran məhkəməsi İsveç vətəndaşını "İsrailə casusluq"da ittiham edib

12 günlük İran-İsrail müharibəsi dövrü "İsrailə casusluq" edən İranəsilli İsveç vətəndaçının işinə Kərəc şəhərinin İnqilab Məhkəməsinin ikinci bölməsində baxılır və son qərar yaxın vaxtlarda elan ediləcək.

Gunaz.tv

Bunu İran Məhkəməsinin sözçüsü Əsgər Cahangiri deyib.

"2020-ci ildə İsveç vətəndaşlığı alan müttəhim, 2023-cü ildəİsrail kəşfiyyat xidmətləri tərəfindən işə götürülmüş və altı Avropa ölkəsində təlim keçdikdən sonra sonuncu dəfə İrana girməzdən iki həftə əvvəl İsrailə səfər edib",- O bildirib.

Əsğər Cahangir iddia edib ki, saxlanılan şəxs, müharibə başlamazdan bir ay əvvəl İrana daxil olub və Kərəc yaxınlığındakı bir villada yerləşib: 

"O, məmurlar tərəfindən müəyyən edilmiş və 12 günlük müharibə zamanı həbs edilərək elektron casusluq avadanlığı daşıdığı məlum olub. Həbs ediləndən sonra təqsirləndirilən şəxs dindirmələr zamanı İsrailə casusluq etdiyini etiraf edib."

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar