SON XƏBƏRLƏR

İran səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırıldı

2025.12.19, 16:43
İran səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırıldı

Bu gün dekabrın 19-u İranın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu haqda İsveç XİN məlumat yayıb.

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard ölkə vətəndaşının İranda edam cəzasına məhkum edilməsindən sonra İranın Stokholmdakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb. 

Bu İsveç vətəndaşının taleyi ilə bağlı ciddi narahatlıqlar fonunda atılıb. 

Qeyd edək ki, İsveç XİN iki gün əvvəl öz vətəndaşının İranda saxlanıldığını rəsmi şəkildə təsdiqləmişdi. Daha əvvəl İran Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Əsğər Cahangir həmin şəxsin İsrail kəşfiyyatına “casusluq” etməkdə ittiham olunduğunu iddia etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar