SON XƏBƏRLƏR

Milli fəal sərbəst buraxılıb

2025.12.21, 13:49
Milli fəal sərbəst buraxılıb

Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindən olan milli fəal Hüseyn Amani Nadarlı dekbarın 20-də Təbrizin mərkəzi həbsxanasından azad edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o 700 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Təhlükəsizlik məmurları milli fəalı dekabrın 3-də Şəbistər şəhərindəki iş yerində həbs edib və dekabrın 10-da Təbriz həbsxanasına köçürüblər.

Ona qarşı irəli sürülən ittiham barədə açıqlama verilməyib.

Nadarlı bundan əvvəldə dinc fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar