SON XƏBƏRLƏR

Rəisini İsrail öldürüb- Xaməneinin nümayəndəsi

2025.12.23, 16:33
Rəisini İsrail öldürüb- Xaməneinin nümayəndəsi

Keçmiş prezident İbrahim Rəisini namrədcəsinə öldürdülər.

Gunaz.tv

Bu iddia ilə Əli Xaməneinin nümayəndəsi Xorasan Rəzəvidəki nümayəndəsi və Məşhəd şəhərinin cümə imamı Əhməd Ələm əl-Huda çıxış edib.

"Bu yaxınlarda nəşr etdikləri kitabda da bu şəhid xidmətçinin sui-qəsdinin təfərrüatlarını ətraflı izah ediblər",- o bildirib.

Qeyd edək ki, bu yaxınlarda israilli müəllif İshaq Qoldşteynin "Ölüm qoxusu" adlı kitabı nəşr olunub.

Kitab, 19 may 2023-cü ildə Şərqi Azərbaycan əyalətində İbrahim Rəisi və başqa bir neçə nəfəri daşıyan helikopterin qəzası ilə bağlı rəsmi məlumatları şübhə altına alır, onun "terror edildiyini" iddia edir.

Rəsmi Tehran isə hadisənin əlvrişsiz hava şərayiti səbəbindən baş verdiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar