SON XƏBƏRLƏR

Tehranda polis generalı öldürüldü

2025.12.25, 10:46
Tehranda polis generalı öldürüldü

Dekabrın 24-də İranın paytaxtı Tehran şəhərində keçmiş polis generalı və Taliban hökumətinin müxalifi general Əkrəməddin Səri öz evinin qarşısında güllələnərək öldürülüb.

Gunaz.tv

Bu haqda Əfqanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Meysəm Nəzəri məlumat yayıb.

Onun qatillərinin kimliyi barədə açıqlama verilməsə də, generalın Taliban hökumətinin məmurları tərəfindən öldürüldüyünün ehtimal olunduğu bildirilib.

Bundan əvvəl isə Taliban hökumətinin tanınmış müxaliflərindən olan Məruf Qulami də, Tehranda evinin qarşısında naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Taliban hökumətinə müxalif nəşr və təşkilatlar hər iki qətlin Tehran hökumətinin razılığı ilə baş verdiyini iddia edirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar