SON XƏBƏRLƏR

Milli fəalın həyat yoldaşı dindirilib

2025.12.25, 12:23
Milli fəalın həyat yoldaşı dindirilib

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və hüquqşünas Tahir Nəqəvinin həyat yoldaşı Süheyla Sədəqiyani dindirilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Siyasi məhbusun həyat yoldaşı dekabrın 24-də Kərəc şəhərinin təhlükəsizlik idarəsinə çağırılaraq 5 saat müddətinə sorğu-sual edilib.

"Məmurlar Süheyla Sədəqiyanini Tahir Nəqəvi barədə məlumatlar yaydığına və onun hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərinə görə həbs ediləcəyi ilə təhdid ediblər",- məlumatda bildirilib.

Qeyd edək ki, Tahir Nəqəvi ötən ilin fevral ayının əvvəllərində Kərəc şəhərində həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

"Milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılan fəal 6 il həbs cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar