SON XƏBƏRLƏR

İranlı qardaşlar casusluğa görə İsveçdə həbs edilib

2025.12.25, 15:33
İranlı qardaşlar casusluğa görə İsveçdə həbs edilib

İranəsilli iki qardaş İsveçdə sənaye casusluğuna görə saxlanılıb.

Gunaz.tv

Bu haqda İsveçin "TV4 Niyus" kanalı məlumat yayıb.

İş üzrə prokurorun sözlərinə görə, kimlikləri açıqlanmayan iranlılar həssas tibbi texnologiya şirkətinin ticarət sirlərini hədəf almaqda ittiham olunur. İstintaq İsveç Təhlükəsizlik Xidməti (Seppo) ilə əməkdaşlıq çərçivəsində aparılır.

"Şirkət şübhəli davranışı gördükdən sonra polisə şikayət ərizəsi verib və şübhəlilər oktyabr ayında həbs ediliblər. Böyük qardaş yanvar ayından bəri yüksək səviyyəli sənaye casusluğu ittihamları ilə ittiham olunur, eyni işlə əlaqəli oğurluq işində şübhəli bilinən digər qardaş isə bu yaxınlarda girov müqabilində azadlığa buraxılıb",- məlumatda bildirilib.

Prokurorluq bildirib ki, təqsirləndirilən şəxslərdən birinin şirkətin həssas sistemlərinə çıxışı olub və polis tibbi texnologiyanın İrana köçürülməsi ehtimalını araşdırır. Hər iki qardaş ittihamları rədd edib. İslam Respublikasının İsveçdəki səfirliyi də Tehranın bu işə hər hansı bir aidiyyəti olmadığönı iddia edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar