SON XƏBƏRLƏR

İraqda İrana bağlı komandir öldürülüb

2025.12.26, 13:29
İraqda İrana bağlı komandir öldürülüb

Dekabrın 25-də İraqın Bəsrə əyalətində fəaliyyət göstərən silahlı qrupun komandanı "Əhməd Tüveysə" kimi tanınan Əhməd Əbdülkərimin cəsədi İran sərhədi yaxınlığında tapılıb. 

Gunaz.tv

Bu haqda “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, cəsəd Bəsrə ərazisində, sərhəd zonasına yaxın çay kənarında aşkarlanıb. İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, çaya atılıan cəsəddin üzərində səkkiz güllə yarası olub.

Əhməd Tüveysə Bəsrə əyalətində İranla əlaqəli yaraqlıların komandiri kimi tanınırdı. Onun zabiti olduğu və “Ölüm dəstəsi” adlandırılan qruplaşma bir sıra siyasi fəallar, jurnalistlər və yerli məmurlara qarşı məqsədyönlü sui-qəsdlərdə ittiham olunub.

Tüveysə İraq məhkəmə orqanları tərəfindən axtarışda idi və 2020-ci ildə Bəsrədə keçirilən etirazlar zamanı jurnalistlərə və fəallara qarşı qətllərdə iştirak etməkdə günahlandırılırdı.

O, SEPAH-ın öldürülən keçmiş komandanı Qasım Süleymaninin İraqda yaxın adamlarından biri olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar