SON XƏBƏRLƏR

İran polisi daha bir bəluçu öldürdü

2025.12.26, 16:13
İran polisi daha bir bəluçu öldürdü

İran polisi Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində daha bir etnk bəlucu güllələyərək öldürüb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, polislər Əhməd Qumşadzehinin avtomobilinə əvvəlcədən xəbərdarlıq etmədən atəş açıblar.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar