SON XƏBƏRLƏR

İranda 8 bəhai qadın həbs edildi

2025.12.27, 14:06
İranda 8 bəhai qadın həbs edildi

Bu gün səhər saatlarında İranın İsfahan şəhərində 8 bəhai qadın həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, onlar bundan əvvəl məhkum edildikləri həbs cəzasını çəkmək üçün saxlanılıb və həbsxanaya köçürülüblər.

İsfahan İnqilab Məhkəməsinin 47-ci bölməsi bəhai qadınlar "hökumət əleyhinə təbliğat", "İran rəhbəri və inqilabın banisini təhqir etmək" və "İslamın şəriətinə zidd missionerlik fəaliyyətlərdə iştirak etmək"də günahlandırıaraq ümumilikdə 90 il həbs cəzasına məhkumedib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Ötən illər ərzində İranda dini azlıqlara qarşı təzyiqlərlə bağlı hesabatların 72%-i bəhailərlə bağlı hüquq pozuntularına aiddir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar