SON XƏBƏRLƏR

İranla münasibətlər yeni mərhələyə qədəm qoyub- Rusiya

2025.12.27, 15:39
İranla münasibətlər yeni mərhələyə qədəm qoyub- Rusiya

Rusiya Xarici İşlər Nazirliyi dünən yaydığı açıqlamada bildirib ki, Moskva 2025-ci ildə İran da daxil olmaqla bir sıra müttəfiq və tərəfdaş ölkələrlə münasibətlərini yeni səviyyəyə yüksəldib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Açıqlamada vurğulanıb ki, İranla imzalanan və qüvvəyə minən Hərtərəfli Strateji Saziş iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin başlanğıcı hesab olunur.

"Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrin daha da dərinləşməsini nəzərdə tutur",- açıqlamada qeyd olunub.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar