“Riddle” portalında “Rusiyanın ağalığının sonu: Azərbaycan Qafqazda qaydaları yenidən yazır” başlığı ilə məqalə dərc olunub. Günaz TV yazının mətnini təqdim edir.
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Kürd partiyası yenidən Azərbaycana qarşı torpaq iddiası irəli sürdü
CENTCOM SEPAH-ın Hörmüz boğazı ilə bağlı bəyanatlarını təkzib edib
Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
Pezeşkian Ermənistana səfər edib
Həmədanda onlarla tələbə zəhərləndi
Məşhədə Azərbaycana qarşı aksiya keçirilib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
“Riddle” portalında “Rusiyanın ağalığının sonu: Azərbaycan Qafqazda qaydaları yenidən yazır” başlığı ilə məqalə dərc olunub. Günaz TV yazının mətnini təqdim edir.
Bitmək üzrə olan 2025-ci ildə Güney Qafqazda qısa müddət əvvəl ağlasığmaz görünən hadisələr baş verdi. Ermənistan Azərbaycanın dövlət şirkəti SOCAR-ın istehsal etdiyi yanacağı almağa başlayıb. Bundan öncə Ermənistan, Bakıdan tranzit keçən Rusiya və Qazaxıstan taxılının ilk partiyalarını qəbul edib. Ermənistan rəsmisinin Azərbaycana ilk səfəri də demək olar, diqqətdən kənarda qalıb. Səfər çərçivəsində Qəbələdə sərhədlərin delimitasiyası üzrə danışıqlar baş tutub, danışıqlarda Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib.
İlin əsas məqamı tərəflərin hələ 2026-cı ildə imzalana biləcək sülh müqaviləsinin mətni üzərində razılığa gəlməsi olub. Digər mühüm hadisə İlham Əliyev və Nikol Paşinyanın Donald Trampın iştirakı ilə sülh şəraitində yaşamağa söz verdiyi Vaşinqton görüşü olub. Görüşdə kağız üzərində ilk dəfə olaraq TRIPP marşrutu konsepsiyası (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) rəsmiləşdirildi. Bu marşrut faktiki olaraq Zəngəzur Dəhlizidir və bu yol Rusiyanın yox Amerikanın nəzarəti altında dövlət tərəfindən deyil, özəl olaraq idarə ediləcək.
Ermənistan-Azərbaycan sərhədindən ilk birbaşa qatarın nə vaxt keçəcəyini proqnozlaşdırmaq çətindir. Nikol Paşinyan gələn il marşrutun Ermənistan hissəsində tikintiyə başlanacağına söz verib. Belə ki, indi hətta Ermənistan da əvvəllər yalnız Azərbaycanı maraqlandıran layihəyə isti baxır. Bakı ən azı şifahi olaraq başqa bir dəmir yolu xəttinin - İcevan-Qazax marşrutunun bərpasını da dəstəkləyir. Bu xətt Zəngəzur dəhlizindən kənarda yerləşir və İrəvan üçün daha cəlbedicidir: bu yol Ermənistana Rusiyaya və ya Mərkəzi Asiyaya daha sadə və səmərəli mal göndərməyə imkan verəcək. Ancaq Rusiyanın iştirakı olmadan bunu həyata keçirmək mümkün deyil. Çünki bütün mövcud Ermənistan dəmir yolu şəbəkəsi Rusiya Dəmir Yollarına (RJD) məxsusdur.
Təbii ki, bu proseslər keçmiş düşmənlər arasında qəfil sevgi alovlanmasından xəbər vermir. Görünən yumşalmaya baxmayaraq, Bakı İrəvana ciddi təzyiqlər etməkdə davam edir. Məsələn, Ermənistanın Qarabağ qaçqınlarına istinad edən Avropa İttifaqı ilə bu yaxınlarda əldə etdiyi razılaşma Azərbaycanı qıcıqlandırıb (Azərbaycan Qarabağ ermənilərinin regionu könüllü tərk etdiklərini bildirir). Bundan başqa, Azərbaycan hələ də 1980-ci illərin sonunda indiki Ermənistan ərazisindən qovulan Azərbaycan Türklərinin geri qaytarılmalı olmasında israr edir. Bu məsələ təbii olaraq Ermənistanı narahat edir. Paşinyan hesab edir ki, Əliyev güzəştlər müqabilində heç olmasa öz ritorikasında ərazi iddialarından əl çəkməlidir.
Güney Qafqaz logistikasında 2025-ci il üçün nəzərəçarpacaq dərəcədə müsbət inkişaflar 2020-ci il müharibəsinin qalibi Azərbaycan tərəfindən formalaşdırılan yeni reallığı göstərir. Moskva ilə münasibətlərdə uzun sürən böhran fonunda (il boyu davam edən və həll olunmamış qalan) Azərbaycan Tramp administrasiyasının dəstəyi sayəsində nəinki qazanclarını möhkəmləndirib, həm də strateji hədəflərinə yaxınlaşıb. Bu hədəflərdən başda gələni Qarabağ münaqişəsinin bütün problemli irsinin (məsələn, artıq dağılmış ATƏT-in Minsk Qrupu kimi) aradan qaldırılması və sovet dövründən qalma nəqliyyat əlaqələrinin bərpasıdır.
Bu məsələdən Ermənistan da nəsə qazanacaq (ən azından davamlı sülh və ticarət). Gürcüstan və Rusiya isə narahatdır. Onlar bölgədəki ənənəvi üstünlüklərini itirmək riskləri ilə üz-üzədirlər.
Gürcüstan faktoru
Hələlik Azərbaycan və Ermənistan arasında bütün dəmir yolu nəqliyyatı Gürcüstan ərazisindən keçir. Bu hələki tək əlverişli variantdır. Çünki sovet dövründən indiyədək heç bir birbaşa dəmiryolu xətti qalmamışdır.
Sovet dövründə Güney Qafqazın mürəkkəb, bir-birinə bağlı dəmir yolu şəbəkəsi var idi. Rusiya ilə əlaqə iki marşrut üzrə gedirdi: Abxaziya və Dağıstan vasitəsilə. Daha da önəmlisi, SSRİ-dən kənara iki yol idi: Ermənistanın Gümrü şəhərindən Türkiyəyə və Azərbaycanın Culfasından İrana.
Müstəqillik əldə etdikdən sonra Ermənistanın sərhədləri yalnız iki dövlət ilə açıq qalmışdı: Gürcüstan və İranla. Nəticədə, onun əsas siyasi və iqtisadi tərəfdaşı olan Rusiya ilə əlaqə uzun müddət yalnız Gürcüstanın Yuxarı Lars keçid məntəqəsindən asılı idi. Təəccüblü deyil ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra belə keçid cəmi 18 ay bağlı qalmışdı.
İndi Gürcüstan eksklüziv tranzit rolunu itirməkdən qorxur. “Tramp marşrutu” formatında Zəngəzur dəhlizi açılsa, Gürcüstanın dağ aşırımları üzərindən dolama marşrutlara ehtiyac aradan qalxacaq. Qış aylarında Gürcüstanın bu yollarından istifadə daha da çətinləşir.
Gürcüstanın Tranzit statusunu qorumaq üçün öz infrastrukturunu təkmilləşdirməsi məntiqli görünsə də, Tiflisdən gələn başqa bir xəbər ciddi suallar doğurur. Azərbaycan Ermənistana ilk benzin partiyasını göndərmək planını elan edəndə Gürcüstan dəmir yolları hədsiz yüksək tranzit haqqı tələb etdi: hökumətyönlü Minval.az saytının məlumatına görə, cəmi 111 kilometr yol üçün hər tona görə 92 dollar tranzit haqqı tələb edilib (və ya hər kilometr-ton üçün 82 sent). Müqayisə üçün qeyd edək ki, Gürcüstanda standart daxili tariflər nadir hallarda 4−5 senti keçir. Bu, yuxarıda qeyd olunan İcevan-Qazax xəttinin bərpası ilə bağlı müzakirələrin yenidən başlamasına səbəb olub.
Gürcüstan sonda Ermənistana ilkin yanacaq çatdırılmasının tranzit haqqı olmadan həyata keçirilməsinə razı olsa da rəsmilər ilkin olaraq tələb edilən yüksək tranzit haqqı üçün heç bir açıqlama verməyiblər. Ola bilsin ki, bu tələb siyasi siqnal xarakteri daşıyırdı.
Son hesabatlar daha maraqlıdır: Abxaziyanın Qali rayonundan olan məlumatlara görə Gürcüstandan Rusiyaya Abxaziadan keçməklə tranzit yolu açılır. Bu iddialar dərhal konspiralogiyalara səbəb olub. “Gürcü Arzusu” partiyasının öz siyasətini Kremlə tərəf döndərdiyi bir vaxtda Abxaziyada Rusiyanın razılığı ilə Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpa olunacağı ilə bağlı narahatlıqlar yaranıb.
Əgər Adler-Zuqdidi yolu (Abxaz sərhədində Tiflisin nəzarətində olan ilk şəhər) həqiqətən də yenidən açılsa, bu, Güney Qafqazda Zəngəzur dəhlizi ilə müqayisə oluna biləcək daha bir inqilabi dəyişiklik olacaq. Hələlik layihə reallıqdan uzaq görünür: gürcü rəsmiləri israr edirlər ki, onların məsələdə heç bir iştirakı yoxdur və nəzarət olunmayan əraziyə istənilən yükü blok edəcəklər.
Geri çəkilən Rusiya
Ən yaxın bölgələrindən birində ciddi dəyişikliklər getdikcə, Moskva narahat olmağa davam edir.
Moskva “Tramp marşrutu” layihəsindən kənardamı qalıb? Problem yoxdur: Rusiya Xarici İşlər Nazirliyi “təşəbbüsün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı erməni tərəfdaşlarla məsləhətləşməyə” hazır olduğunu bəyan edib. Bundan daha zəif bəyanat isə Xarici İşlər Nazirliyinin 4-cü MDB Departamentinin rəhbəri Mixail Kaluqindən gəlib. O, Moskvanın “2020-2022-ci illər üçtərəfli sazişləri əsasında Bakı və İrəvan arasında davamlı sülhün bərqərar olmasına yardım etməkdə davam edəcəyini bildirib.
Bu, Rusiyanın Güney Qafqazdakı təsirinin indiki vəziyyəti haqqında çox şey açır, Moskva indi vəziyyətin şəksiz hakimi olan Azərbaycana öz qaydalarını yeridə bilmir.
2025-ci ildə Bakı-Moskva əlaqələrinin kəskinləşməsi Kremlin alçaldıcı tikanlara dözməyə hazır olduğunu göstərib. Kreml yönümlü media işçiləri və digər tanınmış simaların hələ də Azərbaycan diasporunun həbs olunmuş üzvləri ilə mübadilə edilmə ehtimalı var. Ancaq Rusiya İrandan narkotik qaçaqmaçılığında ittiham edilərək saxlanılan İT mütəxəssislərini isə görünür çoxdan yaddan çıxarıb.
Bu arada, Azərbaycanın rəsmi narrativində Kreml düşmən qüvvə kimi möhkəmlənib – Moskvadan isə heç bir nəzərəçarpan reaksiya yoxdur. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı Bakıda aparılan istintaq bunun ən bariz nümunəsidir. O, Moskvanın adından dövlətə xəyanət və dövlət çevrilişinə cəhddə ittiham olunur. Hesabatlar yalnız hökumətyönlü mediada dərc olunur, lakin heç bir rəsmi qurum - təhlükəsizlik xidmətləri, Baş Prokurorluq və ya Xarici İşlər Nazirliyi məsələyə şərh vermir.
Mehdiyevin dekabrın əvvəlində həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin də daxil olduğu üzdə anti-Rusiya olan Rusiyanın təsir agentləri şəbəkəsinə nəzarət etdiyi bildirilir. İşə daha sonra Rusiyada yaşayan, Bakının Kremlin məhsulu hesab etdiyi diaspora təşkilatına rəhbərlik edən, Azərbaycanın keçmiş baş nazirinin müavini Abbas Abbasov da əlavə edilib. Abbasov hazırda axtarışdadır və Azərbaycan tezliklə onun ekstradisiyasını rəsmi şəkildə tələb edə bilər. Bu, Moskva-Bakı münasibətlərində növbəti alov nöqtəsi ola bilər - 2026-cı ildə onların gizli münaqişəsi çox güman ki, davam edəcək. Bir il əvvəl Azərbaycanın sərnişin təyyarəsinin vurulması da yəqin ki, yenidən gündəmə gələcək: Bakı hələ də günahkar hava hücumundan müdafiə zabitlərinin cəzalandırılmasını və qurbanların ailələrinə təzminat ödənilməsini gözləyir.
Azərbaycanın AnewZ kanalında Bakıdakı təcridxanada hökmü gözləyən Ruben Vardanyanla bağlı bu yaxınlarda çəkilmiş sənədli filmi də Moskvada açıq cəng kimi qiymətləndirilə bilər. Filmdə Uilyam Brauder və bir neçə ukraynalı deputat ekspert kimi iştirak edir. Sənədli film Vardanyanın “Troyka” investisiya şirkəti vasitəsilə Putinin çirkli pullarının yuyulması ilə bağlı OCCRP araşdırmalarına diqqət çəkir. Onlar təsdiq edirlər ki, Rusiya kriminal diktaturadır və Vardanyan onun görkəmli simalarından biridir. Bakının Vardanyanla bağlı əsas iddiası budur ki, Kreml ona qeyri-rəsmi olaraq Qarabağa getməyi, sonra isə Ermənistanda hakimiyyəti ələ keçirərək oranı yenidən rusiyayönlü düşərgəyə çevirmək tapşırığını verib.
Moskva çox güman ki, Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində özünü daha yüksək səslə təsdiqləməyə çalışacaq. Lakin Kremlin öz namizədlərini irəli sürmək variantları məhdud olaraq qalır. Yəqin ki, dəstək həbsdə olan milyarder Samvel Karapetyanın qardaşı oğlu – Narek Karapetyanın təsis etdiyi “Öz Özünə” hərəkatına olacaq. Təbliğatçı Vladimir Solovyov artıq açıq şəkildə Samvel Karapetyanı dəstəkləyib, onu dost adlandırıb.
Hər halda, Rusiyanın Güney Qafqazdakı nüfuzu Azərbaycan-Türkiyə tandemi ilə kəskin şəkildə məhdudlaşdırılıb.
- Cəfər Cəfərli
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Milli fəal müvəqqəti azadlığa buraxıldı
Urmu gölündə turist axını davam edir
Mirsəlim: İranın nefti Allahın və Peyğəmbərin malıdır
Kremldən ŞOK AÇIQLAMA: Putin Trampa İRANIN SÜLH ŞƏRTLƏRİNİ təqdim etdi
Traxtur üzvləri Omana çatmaq üçün 18 saat yolda olublar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Riyad hava limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb; onlarla nəfər yaralanıb
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
İranda daha otuz tələbə cəzalandırıldı
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi