SON XƏBƏRLƏR

Avropa Birliyi Nərgiz Məhəmmədiyə görə İrana çağırış etdi

2025.12.31, 16:16
Avropa Birliyi Nərgiz Məhəmmədiyə görə İrana çağırış etdi

Avropa Birliyi İran hökumətini Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi də daxil olmaqla, insan hüquqları müdafiəçilərini azad etməyə çağırıb.

Gunaz.tv

AB bəyanatında "İran hakimiyyəti tərəfindən ölkə daxilində tənqidi səsləri boğmaq üçün geniş yayılmış özbaşına həbsdən ciddi narahatlıq" ifadə edib.

"Biz İran hakimiyyətini ifadə və toplaşmaq azadlığı da daxil olmaqla, fundamental hüquqlarından istifadə etdiklərinə görə haqsız yerə saxlanılanların hamısını azad etməyə çağırırıq",- AB-nin bəyanatında deyilir.

Qeyd edək ki, dekabrın 12-də Nərgiz Məhəmmədi ofisində ölü tapılan vəkil Xosrov Alikordinin xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar