SON XƏBƏRLƏR

İranda etirazçılar Bəsic qərargahına hücum ediblər

2026.01.01, 12:06
İranda etirazçılar Bəsic qərargahına hücum ediblər

Loristanda etirazçılar Bəsic qərargahına hücum ediblər.

Gunaz.tv

İranda davam edən etirazların dördüncü günündə ölkənin müxtəlif bölgələrindən, o cümlədən, Həmədandan, Fəsa şəhərlərindən insanların etiraz eyləmlərinə toplaşmaqları ilə bağlı videolar yayılıb.

Luristan əyalətinin Kohdəşt şəhərində isə Bəsic qərargahına hücum olub. Nəticədə Bəsic dəstəsinin iki üzvü həlak olub. Onlarla Bəsic döyüşçüsü və polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Günün sonuna qədər isə Xorrəmabad və Babol kimi şəhərlərdə də insanlar etirazlara qoşulublar.

Əsədabad və Həmədandan yayılan videolarda etirazçılar ilə polis arasında toqquşmaların olduğu görünür.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar