SON XƏBƏRLƏR

Avropa da Tehran hökumətinə qarşı aksiya keçirilib

2026.01.03, 10:29
Avropa da Tehran hökumətinə qarşı aksiya keçirilib

Dünən axşam saatlarında İsveçin paytaxtı Stokholm şəhərində yaşayan iranlı mühacirlər aksiya keçiriblər.

Gunaz.tv

Onlar bu barədə sosial mediada məlumat yayıblar.

Mühacirlər İrandakı etirazçılara dəstək verib, Tehran hökuməti əleyhinə şüarlar səsləndiriblər.

Hakimiyyətin narazılara qarşı qəddar davranışlarını pisləyən aksiya iştirakçıları, beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən bunun qarşısını almaq üçün İran hökumətinə təzyiq göstərməyi istəyiblər.

Qeyd edək ki, 6 gündür İranda davam edən etiraz aksiyaları zamanı hökumət məmurları 8 nəfəri öldürüb, 40 nəfəri yaalayıb və çox sayda şəxsi həbs edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar