SON XƏBƏRLƏR

İranda altı gün davam edən etirazlarda azı 44 etirazçı atəşə tutulub və yaralanıb

2026.01.03, 12:04
İranda altı gün davam edən etirazlarda azı 44 etirazçı atəşə tutulub və yaralanıb

İranda altı gün davam edən nümayişlər zamanı azı 44 etirazçı həqiqi güllə və ya qranul tapançaları ilə vurulub və yaralanıb, onlarla insan isə təhlükəsizlik qüvvələri və mülki geyimli agentlərin dəyənəklə döyməsi və hücumları nəticəsində yaralanıb.

Gunaz.tv

Qeyd edək ki, bu rəqəm yalnız mediaya yansıyan zərərçəkmişləri əhatə edir və xəsarət alanların hamısı haqqında dəqiq məlumat əldə etmək hələki mümkün deyil.

Güllə yarası alanların 14-35 yaşları arasında olduqları bildirilir. Döyülərək xəsarət alanların isə 15-40 yaşları aralığında olduğu deyilir.

Xəsarət alanların bəziləri məktəb yaşlarında olan uşaqlar olub.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar