SON XƏBƏRLƏR

Xamenei Rusiyaya qaça bilər - Media

2026.01.05, 11:36
Xamenei Rusiyaya qaça bilər - Media

İran rəhbəri Əli Xameneinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat plan hazırladığı bildirilir.

Gunaz.tv

Bu barədə “Tayms” (The Times) qəzeti kəşfiyyat hesabatına istinadən yazıb.

Xamənei 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbəyə görə, şərti olaraq “B planı” adlanan variant Xaməneinin oğlu və ehtimal olunan varisi Müctəba Xameneinin də ölkədən çıxarılmasını əhatə edir.

“Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib”, - hesabatda qeyd olunub.

Məlumat deyilir ki, Xaməneinin İran daxilində və xaricində geniş aktivlər şəbəkəsi var və bunlardan bəziləri "İmam QərargahınınFərmanının İcra Qərargahı" kimi qurumlar vasitəsilə idarə olunur.

"Times" qəzeti əvvəlki "Reuters" araşdırmalarına istinadən bu aktivlərin dəyərini on milyardlarla dollar qiymətləndirib və təhlükəsiz çıxışı asanlaşdırmaq üçün likvidlik və maliyyə resurslarının artırılmasının da bu ssenarinin bir hissəsi olduğunu yazıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar