SON XƏBƏRLƏR

Bəqayi Amerika və İsraili İranın daxili işlərinə qarışmaqda ittiham edir

2026.01.05, 14:41
Bəqayi Amerika və İsraili İranın daxili işlərinə qarışmaqda ittiham edir

İranın Xarici İşlər Nazirliyi ABŞ və İsraili İranın daxili işlərinə müdaxilə etməkdə və bəyanatları ilə zorakılığı təşviq etməkdə günahlandırıb.

Gunaz.tv

Mətbuat katibi İsmail Bəqayi bəzi Amerika və İsrail rəsmilərinin açıqlamalarının İranın daxili işlərinə müdaxilə və beynəlxalq normalara əsasən zorakılığa təhrik etmək olduğunu söyləyib.

"İsrail baş naziri və ya bəzi radikal Amerika rəsmilərinin İranın daxili işləri ilə bağlı hərəkətləri və ya açıqlamaları beynəlxalq normalara əsasən zorakılığa, terrorizmə təhrik etməkdən başqa bir şey deyil." - Bəqayi bildirib.

ABŞ Prezidenti Donald Tramp bazar günü gecə "Air Force One" təyyarəsində ABŞ-ın İrandakı hadisələri çox diqqətlə izlədiyini bildirib və xəbərdarlıq edib: “Əgər onlar keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ tərəfindən çox ağır zərbə alacaqlar”.

Qeyd edək ki, Amerikada yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, ölkə daxilində 222 yerdə, o cümlədən 26 əyalətdə 78 şəhərdə mitinqlər qeydə alınıb.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar