SON XƏBƏRLƏR

Cülfalı milli fəal Yürüş Mehrəlibəyli həbs edilib

2026.01.05, 15:06
Cülfalı milli fəal Yürüş Mehrəlibəyli həbs edilib

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhus Yürüş Mehrəlibəyli bu gün Təbriz şəhərində həbs edilib.

Gunaz.tv

Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat verib.

Heç bir rəsmi dövlət qurumu hələlik milli fəalın həbsinin məsuliyyətini qəbul etməyib.

Onun harada saxlanıldığı və həbs səbəbi barədə də məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb və uzun illik həbs cəzalarına məruz qalıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar