SON XƏBƏRLƏR

Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur

2026.01.06, 11:41
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur

"Real dünyanın qanunları onun güc və qüdrətlə idarə olunduğunu göstərir".

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller "CNN" telekanalına müsahibəsində deyib.

"Beynəlxalq ədəb-ərkan və qalan hər şey haqqında istədiyiniz hər şeyi danışa bilərsiniz, lakin biz güc və qüdrətlə idarə olunan bir dünyada, real dünyada yaşayırıq. Bunlar dünyanın dəmir qanunlarıdır", - deyə o, jurnalistə bildirib.

Miller həmçinin qeyd edib ki, Amerika keçid dövründə Venesuelaya effektiv şəkildə nəzarət edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar