SON XƏBƏRLƏR

Tehran bazarında etiraz aksiyası- Güc tətbiq edilib

2026.01.06, 16:09
Tehran bazarında etiraz aksiyası- Güc tətbiq edilib

Bu gün günorta saatlarından başlayaraq Tehran bazarında etiraz aksiyası başlayıb.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, etirazçıların bir qismi bazara aparan yolda oturaq aksiya keçirərək hökumət qüvvələrinin bazara girişinə ne olmağa çalışıblar.

Hökumət qüvvələrinin etirazçı və oturaq aksiya keçirənlərə qarşı gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə etdiyi bildirilib.

Bu, bu gün İranda dolların yenidən kəskin bahalaşmasından sonraya təsadüf edir.

Hazırda Tehranın azad bazarında hər 1 ABŞ dollarının dəyəri 148 min tüməni keçib və hər saat dahada bahalaşır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar