SON XƏBƏRLƏR

İranda etiraz aksiyalarında ölən və həbs edilənlərin son sayı

2026.01.07, 10:00
İranda etiraz aksiyalarında ölən və həbs edilənlərin son sayı

İranda 10 gün əvvəl başlayan etiraz aksiyaları 27 əyalətin 92 şəhərinin 285 bölgəsində keçirilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bu müddət ərzində 2076 nəfər həbs edilib, 34 etirazçı öldürülüb və minlərlə şəxs yaralanıb.

İranın dövlət mediasının iddiasına görə isə, həmin müddət ərzində 568 polis məmuru və 66 "Bəsic" (Könüllülər ordusu) üzvü yaralanıb, 2 "Bəsic" üzvü isə öldürülüb.

İnsan haqları təşkilatları öldürülən, yaralanan və həbs olunan etirazçıların sayının göstərilən rəqəmdən daha çox olduğunu biıdirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar