SON XƏBƏRLƏR

İranda iki polis zabiti öldürüldü

2026.01.08, 13:00
İranda iki polis zabiti öldürüldü

Ötən gün Tehran əyalətinin Məlard şəhərində etiraz aksiyaları zamanı polis polkovniki öldürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, polkovnik-leytenant Şahin Dehqan, şəhərin Ərğəvan meudanında etiraz aksiyasını dağıtmağa çalışdığı zaman bıçaqlanaraq öldürülüb.

Bununla yanaşı Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində də polis zabiti Mənsur Həqiqət güllələnərək öldürülüb.

İkinci qətlin məsuliyyətini bəlucların silahlı təşkilatı olan "Ceyş əl-Ədl" öz üzərinə götürülb.

Qeyd edək ki, 11 gündür davam edən etiraz aksiyaları zamanı ümumilikdə 38 nəfər həlak olub, onlardan 5-i hökumət məmurudur.
 
GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar