SON XƏBƏRLƏR

Tramp Rza Pəhləvi ilə görüşməyəcək

2026.01.09, 09:56
Tramp Rza Pəhləvi ilə görüşməyəcək

Xaricdə fəaliyyət göstərən farsdilli medianın təbliğatının əksinə olaraq ABŞ Prezidenti Donald Tramp İranın keçmiş şahının oğlu Rza Pəhləvi ilə görüşməyəcək.

Gunaz.tv

Bu barədə Tramp ötən gecə mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində bildirib.

"Düşünürəm ki, indiki mərhələdə Rza Pəhləvi İrana rəhbərlik etmək üçün münasib seçim deyil",- prezident əlavə edib.

Tramp Rza Pəhləvini bundan əvvəl gördüyünə diqqət çəkib:

"Mən onu görmüşəm, o, yaxşı insan kimi görünür. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm".

ABŞ Prezidenti İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini bildirib:

"Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Düşünmürəm ki, bu, mütləq doğru addımdır".

Qeyd edək ki, Avropa və Amerikada fəaliyyət göstərən farsdilli media hazırkı etiraz aksiyaları fonunda Rza Pəhləvini İranın yeni rəhbəri kimi təbliğ edir.

Əsasən Pəhləvi ailəsinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən həmin media qurumları, etirazçıların ölkədə şahlıq-üsul-idarəsinin qurulmasını tələb etdiklərini barədə əsassız iddialar yayırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar