SON XƏBƏRLƏR

İranda internet kəsilib

2026.01.09, 11:19
İranda internet kəsilib

Dünən axşam saatlarından başlayaraq İran daxilində fəaliyyət göstərən saytların əksəriyyəti xaricdən giriş mümkün olmur.

Gunaz.tv

Məhdudiyyət rəsmi dövlət xəbər agentliklərini də əhatə edir.

Bunun İran hökumətinin internetə qoyduğu məhdudiyyətlə bağlı olduğu bildirilir.

Bəzi mənbələr ötən gecə etiraz aksiyalarının şidətlənməsi ilə eyni vaxtda, yerli vaxt saat 22:15-dən İran hökumətinin interneti tamamilə kəsdiyini qeyd ediblər.

"İranın bir çox saytı kiberhücumların qarşısını almaq və məlumat təhlükəsizliyini qorumaq üçün İran xaricində IP ünvanlarına malik istifadəçilərə girişi bloklayıb",- qeyri-rəsmi məlumatlarda deyilir.

Bununla eyni vaxtda İlon Mask İran üçün Starlink xidmətlərini pulsuz aktivləşdirib. Qeyri-qanuni yollarla ölkəyə gətirilmiş Starlink terminallarına sahib olanlar bu xidmətdən istifadə edə bilirlər. Bunun sayəsində etirazçılar arasında koordinasiya, həmçinin xəbərlərin qismən də olsa xaricə ötürülməsi mümkün olur.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar