SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları genişlənir- Əbhərdə də aksiya keçirilib

2026.01.09, 14:06
Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları genişlənir- Əbhərdə də aksiya keçirilib

Ötən gecə Güney Azərbaycanın bir çox şəhərində başlayan etirz mitinqləri başqa şəhərlərin qoşulması prosesi davam edir.

Gunaz.tv

Bu barədə yerli mənbələrin yaydığı məlumatlarda bildirilib.

Məlumat görə, ötən gün axşam saatlarında Təbriz, Urmu, ərdəbil, Xoy, Zəncan və başqa şəhərlərdə mitinqlərin keçirilməsinin ardınca, Zəncan əyalətinin Əbhər şəhərində də oxşar aksiya keçirilib.

Əbhərlilər "diktatora ölüm", "Xaməneiyə ölüm", ""Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi və başqa bu kimi şüarlar səsləndiriblər.

Bir neçə yerdə hökumət qüvvələrinin aksiyanı dağıtmağa cəhd göstədiyi, ancaq mitinq iştirakçılarının müqaviməti ilə üzləşdikləri bildirilib.

Bununlada xaricdə fəaliyyət göstərən bəzi farsdilli media orqanlarının etiraz aksiyalarınının məqsədinin Rza Pəhləvinin hakimiyyətə gətirilməsi ilə bağlı olduğu iddialarının əsassız olduğu məlum olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar