SON XƏBƏRLƏR

Milli fəal həbsxananın təhlükəsizlik bölməsinə köçürülüb

2026.01.09, 16:46
Milli fəal həbsxananın təhlükəsizlik bölməsinə köçürülüb

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və siyasi məhbus Araz Aman həbsxananın 209 saylı təhlükəsizlik bölməsinə köçürülüb.

Gunaz.tv

Bununla bağlı onun ailəsi məlumat yayıb.

Bildirilib ki, köçürülmə zamanı milli fəal döyülüb və ona qarşı yeni cinayət işinin açılmasına çalışılır.

Fəalın ailəsi lə əlaqəsinə və vəkillə görüşməsinə icazə verilməməsi, onun sağlamlıq durumu barədə nigəranlıqları artırıb.

Qeyd edək ki, Araz Əman 2024-cü il fevralın 7-də məhkəmənin qərarı olmadan Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, bir il həbsdə saxlanıldıqdan sonra Tehran İnqilab Məhkəməsinin hakim Əbülqəsim Saləvatinin rəhbərlik etdiyi 15-ci şöbəsi onu “casusluq” ittihamı ilə 8 il, "milli təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və əlbir olmaq" ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar