SON XƏBƏRLƏR

İranda 100 nəfər həbs edildi

2026.01.10, 15:59
İranda 100 nəfər həbs edildi

Tehran əyalətinin Baharistan bölgəsində 100 nəfər həbs edilib, İsfahanda isə məktəblərin bağlanmasına qərar verilib.

Gunaz.tv

Bu barədə "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, həbs haqqında məlumatı agentliyə Baharistan bölgəsinin qubernatoru verib.

Qubernatorun iddiasına görə, sözügedən şəxslər ictimai asayişi pozub və iğtişaşlara rəhbərlik ediblər: 

"Onlar xalqa və təhlükəsizlik qüvvələrinə qarşı soyuq və odlu silahlardan istifadə ediblər".

İsfahan əyalətinin böhran idarəetmə direktoru isə diqqətə çatdırıb ki, İsfahan şəhəri və əyalətin bütün rayonlarının məktəbləri sabah təhsilin bütün səviyyələrində qiyabi formata keçəcək:

"Həmçinin bütün uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri də sabah bağlı olacaq".

Xatırladaq ki, İranda iki həftədir mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar