SON XƏBƏRLƏR

Həbs edilənlərin sayı artıb - Radan

2026.01.12, 13:03
Həbs edilənlərin sayı artıb - Radan

Təhlükəsizlik qüvvələri ilə kordinasiyalı şəkildə aparılan əməliyyatlar zamanı çox sayda iğtişaşçı həbs edilib.

Gunaz.tv

Bunu İran polis qüvvələrinin komandanı Əhmədrza Radan deyib.

O, həbs edilənlər arasında aksiyalara rəhbərlik edən çox sayda təşkilatçının olduğunu bildirib.

Radan, saxlanılanların sayı və kimliyi barədə açıqlama vermədən, həbslərin davam edəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatlarına görə, etiraz aksiyalarında 10 mindən çox etirazçı həbs edilib.

Bəzi mənbələr saxlanılanların sayının qeyd edilən rəqəmdən daha çox olduğunu bildirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar