SON XƏBƏRLƏR

Tehran rejimi etirazçılara qarşı qırğın törədib - Human Rights Watch

2026.01.13, 16:33
Tehran rejimi etirazçılara qarşı qırğın törədib - Human Rights Watch

İran hökuməti 28 yanvar 2025-ci ildən bəri etirazçılara qarşı ölümcül basqıları əhəmiyyətli dərəcədə gücləndirib və etibarlı məlumatlar göstərir ki, təhlükəsizlik qüvvələri ölkə daxilində genişmiqyaslı qətllər həyata keçirib”.

Gunaz.tv

Bu "Human Rights Watch"ın son bəyanatında bildirilib.

"İran vətəndaş cəmiyyəti təşkilatları və mediasının məlumatına görə, etirazlarda ölənlərin sayı minlərlə nəfərə çatıb, ancaq, internetin bağlanması bu rəqəmləri müstəqil şəkildə yoxlamaq imkanını məhdudlaşdırıb",- bəyanatda qeyd olunub.

Bəyanatda İran hökumətinin interneti kəsdiyinə diqqət çəkilib və bildirilib ki, bu da, məhkəmədənkənar qətllərin və digər insan haqları pozuntularının sənədləşdirilməsini çətinləşdirib.

Human Rights Watch morqlardan və xəstəxanalardan təsdiqlənmiş videolar, eləcə də şahid ifadələri daxil olmaqla yeni dəlillər topladığını bildirir.

Təşkilat BMT üzv dövlətlərini İran hakimiyyətindən qətllərə son qoymağı, İran üzrə Müstəqil Beynəlxalq Fakt Araşdırma Missiyasına tam və maneəsiz giriş imkanı verməyi və qlobal internetə çıxışı bərpa etməyi dərhal tələb etməyə çağırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar