SON XƏBƏRLƏR

İran səfiri Ermənistandan gileyləndi

2026.01.14, 16:29
İran səfiri Ermənistandan gileyləndi

Gunaz.tv

İranın İrəvandakı səfiri Xalil Şirqolami keçirdiyi mətbuat konfransında Ermənistan hokumətini tənqid edib.

“Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir”,- səfir bildirib.

İranlı diplomat “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” cümləsiylə İrəvanın Tehrana arxa çevirdiyinə eyham vurub.

Qeyd edək ki, səfiri həmdə başqa qonşulardan fərqli olaraq İrəvanda İran səfirliyi qarşısında keçirilən aksiya narahat edib 

İrəvanda yaşayan iranlılar səfirlik qarşısına toplaşıb və Tehran rejiminin etirazçılara qarşı repressiyalarını pisləyiblər.

GünazTV 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar