SON XƏBƏRLƏR

Tramp: İranda kiminsə Rza Pəhləvini ciddiyə alıb-almayacağı bəlli deyil

2026.01.15, 11:08
Tramp: İranda kiminsə Rza Pəhləvini ciddiyə alıb-almayacağı bəlli deyil

Donald Tramp Rza Pəhləvinin lider vəzifəsini icra etmək üçün İran daxilində lazımi sosial dəstəyi qazanıb-qazanmayacağının bəlli olmadığını söyləyib.

Gunaz.tv

Reuters agentliyinə verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp Rza Pəhləvinin "yaxşı oğlan" kimi göründüyünü, lakin ölkəyə rəhbərlik etmək üçün İran daxilində sosial baza və dəstək qazana biləcəyinə şübhə etdiyini bildirib.

İranda geniş yayılmış etirazlara toxunan Tramp İslam Respublikası hökumətinin süqut ehtimalının olduğunu, lakin İran cəmiyyəti tərəfindən hansı alternativin qəbul edilə biləcəyinin hələlik bəlli olmadığını vurğulayıb.

O, əlavə edib ki, Amerika hələ İranın siyasi gələcəyi üçün konkret bir variantı dəstəkləmək mərhələsinə çatmayıb.

İslam Respublikasına qarşı müxalifət hərəkatlarının parçalanmasına toxunan Amerika prezidenti bildirib ki, monarxist hərəkatlar da daxil olmaqla, İran müxalifətinin ardıcıl bir təşkilatı və ölkə daxilində effektiv iştirakı yoxdur.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar