SON XƏBƏRLƏR

İranda insanlar kuponla alış-veriş etməyə başlayıb

2026.01.17, 10:00
İranda insanlar kuponla alış-veriş etməyə başlayıb

İranda 2025-ci ilin dekabrında başlayan kütləvi etiraz aksiyalarından sonra hökumət əhalinin əsas qida məhsullarına çıxışını təmin etmək üçün "Kalabərg" adlı elektron kupon tətbiqinə başlayıb. Bu addım yüksək inflyasiya və ərzaq qıtlığı ilə mübarizə məqsədi daşıyır.

Gunaz.tv

"Kalabərg" sistemi vətəndaşlara süd, pendir, yağ, düyü, ət və yumurta kimi 11 əsas qida məhsulunu daha ucuz qiymətə almağa imkan verən rəqəmsal kart sistemidir. Bu sistem vasitəsilə dövlət birbaşa vətəndaşın kartına kredit və ya rəqəmsal sənəd şəklində dəstək təyin edir.

İran rəsmiləri bildirirlər ki, tətbiq sayəsində əvvəllər market rəflərində tapılmayan bəzi məhsullar yenidən satışa çıxarılıb və qiymətlərdə qismən enmə müşahidə olunur. Lakin xalq bu dəyişikliklərə ehtiyatla yanaşır.

Bəzi vətəndaşlar bu dəstəyin faydalı olduğunu, lakin qiymət artımının qarşısını almaq üçün kifayət etmədiyini deyir.

Qeyd edək ki, bu sistem 8 illik İran-İraq müharibəsi dövründə tətbiq edilib və bunun yenidən tətbiqi ölkədə hərbi vəziyyət elan ediləcəyi ehtimalını artırır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar