SON XƏBƏRLƏR

İran etirazlarında öldürülənlərin sayı açıqlandı

2026.01.17, 10:33
İran etirazlarında öldürülənlərin sayı açıqlandı

İranda 18 gündür davam edən ümumxlaq etirazlarında öldürülən 3090 nəfərin kimliyi müəyyənləşdirilib. 

Gunaz.tv

Bunu İran İnsan Haqları Təşkilatı bildirib.

Məlumata görə, öldürüldüyü bildirilən 3882 nəfərin də kimliklərinin dəqiqləşdirilməsinə çalışılır.

Eyni halda yaralananların 2055-nin xəsarətlərinin ağır olduğu qeyd olunub.

Öldürülənlərdən 165-i hökumət məmuru, 19-u azyaşlı və 21-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı 22123 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Qeyd olunub ki, bəzi təsdiqlənməmiş məlumatlara görə, ölənlərin, yaralananların və saxlanılanların sayı göstərilən rəqəmlərdən daha çoxdur:

"Ancaq internet İranda kəsldiyinə görə, yerli mənbələr vasitəsilə bunu dəqiqləşdirmək mümkün olmur".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar