SON XƏBƏRLƏR

İran ABŞ bazalarına qarşı variyantlar hazırlayıb - Dövlət Departamenti

2026.01.17, 14:00
İran ABŞ bazalarına qarşı variyantlar hazırlayıb - Dövlət Departamenti

İslam Respublikasın Amerika bazalarını hədəf almaq üçün variantlar hazırladığını göstərən məlumatlar almışıq.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin fars dilində rəsmi veb saytı yazıb.

Məlumatda ABŞ prezidenti Donald Trampın dəfələrlə vurğuladığı kimi "bütün variantların masada qaldığı" bildirilib.

Qeyd olunub ki, İranın Amerika obyektlərinə hər hansı bir hücumu halında ölkənin "çox, çox güclü bir qüvvə ilə qarşılaşacağı" bildirilir.

"Biz bunu əvvəllər də demişik və bir daha deyirik, Prezident Trampla oyun oynamayın",- ABŞ Dövlət Departamenti əvvəlki mövqeyini təkrarlayaraq xəbərdarlıq edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar