SON XƏBƏRLƏR

Tehranın cümə imamı saxlanılan etirazçıların edam edilməsinə çağırıb

2026.01.17, 13:56
Tehranın cümə imamı saxlanılan etirazçıların edam edilməsinə çağırıb

Tehranın cümə imamı Əhməd Xatəmi cümə xütbəsində saxlanılan etirazçıların edam edilməsinə və etirazları dəstəkləyən hər kəsin həbs olunmasına çağırıb.

Gunaz.tv

Xatəmi etirazçıları xarici güclər adından hərəkət etməkdə günahlandıraraq onları İsrail Baş naziri Binyamin Netanyahunun "xidmətçiləri" və "Trampın əsgərləri" adlandırıb.

"Onlar hökumətdən sərt qarşılıq gözləməlidirlər. Amerikalılar və sionistlər sülh gözləməməlidirlər", Xatəmi deyib.

Xatəmi çıxışında, həmçinin, etirazçıların İranı parçalamaq istədiyini də iddia edib. "Bu axmaqlar ölkəni parçalaya biləcəklərini düşünürdülər. Bu vəhşilər hətta monqolların belə edə bilmədiyi şeyləri etdilər, amma uğursuz oldular." - o deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar