SON XƏBƏRLƏR

Sina Yusifinin Təbrizdən reportajı: Etirazçılar öldürüldü, İmam Rza Xəstəxanasında həkimlər həbs edildi, tibb işçiləri güllələndi

2026.01.18, 11:40
Sina Yusifinin Təbrizdən reportajı: Etirazçılar öldürüldü, İmam Rza Xəstəxanasında həkimlər həbs edildi, tibb işçiləri güllələndi

Azərbaycanlı insan haqları fəalı Sina Yusifinin X səhifəsində internetə çıxışı olan Təbrizdəki mənbəyə istinadən yazdığına görə, Təbrizdə vəziyyət kritikdir. itkin düşmə, geniş həbslər və təhlükəsizlik qüvvələrinin birbaşa atəş açması nəticəsində ağır xəsarətlər qeydə alınıb.

Gunaz.tv

Şəhərdə itkin düşmə halları, həbslər qeydə alınıb və rejim qüvvələrinin atəş açması nəticəsində çox sayda ağır xəsarət alanlar var.

Onun sözlərinə görə, Təbrizdə yaşayan bir ailənin oğlu etirazların ilk günündən bəri yoxa çıxıb və ondan xəbər yoxdur, daha bir 18 yaşlı gənc isə həbs edilib və onun harada olduğu məlum deyil.

Bu məlumata görə, cümə günü keçirilən etirazlar zamanı İmam Rza Xəstəxanasından 10 həkim həbs edilib və eyni xəstəxanada bir təcrübəçi güllə ilə gözündən ağır yaralanıb. Onun sözlərinə görə, güllə eynəyindən keçərək gözünə dəyib.

Həmçinin, şənbə günü başından yaralanan dörd nəfər xəstəxanaya aparılıb.

İnsan haqları fəalı həmçinin yazır ki, cümə günü şəhərdəfərq qoyulmadan həbslər həyata keçirilib və bu, həmin gündən etibarən şəhərdə qeyri-müəyyən müddətə "hərbi vəziyyət" elan edildiyini göstərir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar